"Şirkət Rusiyada bina və tikililərin tikintisi üzrə fəaliyyətini davam etdirmək niyyətindədir"

Teleqraf.com "TASS"a istinadən xəbər verir ki, bunu “Crocus Group”un prezidenti Araz Ağalarov bildirib.

“Terrorçuların məqsədi məhv etməkdir. Bizim missiyamız yaradıcılıqdır. Terror qurbanlarını yad edərək, işimizi davam etdirəcəyik”, - deyə Ağalarov bildirib.

O vurğulayıb ki, şirkət faciənin nəticələrinin öhdəsindən gələcək və insanlara və ölkəyə xidmət edən obyektlər yaratmağa davam edəcək.

Ağalarov xatırladıb ki, “Crocus Group” Rusiyada yüzlərlə obyekt, o cümlədən nəhəng və texnoloji cəhətdən mürəkkəb obyektlər – universitetlər, stadionlar, sərgi pavilyonları tikib.