Sərhəd və ərazi məsələləri erməni jurnalistlərinin canına elə bir xof salıb ki, qabaqlarına çıxan hər kəsə mikrofon uzatmağa başlayıblar. Nə qədər qəribə görünsə də, bu dəfə təhsil nazirindən son durumla bağlı məlumat almağa çalışıblar.

Teleqraf.com xəbər verir ki, nazir Janna Andreasyanın verdiyi cavab isə onları qane etməyib.

Andreasyan mədəni şəkildə bu işin əhli olmadığını başa salmağa çalışıb.

“Baş nazir parlamentdə delimitasiya və demarkasiya ilə bağlı bütün məsələlər haqda geniş danışıb. Ümumiyyətlə, bu mənim sahəmin problemi deyil, peşəkar sahəmə aid olmayan məsələlərə şərh verməməyə çalışıram”, - təhsil naziri deyib.