Rusiya Ermənistanı cəzalandırmaq istəyir.

Teleqraf.com xəbər verir ki, bunu Fransa Baş naziri Qabriel Attal deyib.

Onun sözlərinə görə, Ermənistanın Beynəlxalq Cinayətlər Məhkəməsinə (BCM) üzv olması Rusiyanı qəzəbləndirib.

“Rusiya Ermənistanı Beynəlxalq Cinayətlər Məhkəməsinə qoşulmaqla cəzasızlıqla mübarizə, demokratiya və qanunun aliliyi yolunu seçdiyinə görə cəzalandırmaq istəyir”, - Attal bildirib.

Ermənistanın ərazi bütövlüyünə dəstək verən Fransa baş naziri Azərbaycana çatanda “köhnə ənənələr”inə sadiq qalaraq, təxribatçı fikirlərə yer verib. Bakını “Qarabağda ermənilərə güc tətbiq etmək”də ittiham edib. Onun fikrincə, Rusiya bunu pisləməli imiş.

Attalın Azərbaycanla bağlı başqa bir təxribatı “Ermənistan ərazilərinin işğal edilməsi” fikri ilə bağlıdır.