Hazırda Bakıda həbsdə olan keçmiş separatçı rejimin başçılarının Azərbaycan Dövlət Televiziyasına (AzTV) müsahibəsi separatçıları təşvişə salıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşr bildirir ki, hələ də yayımlanmayan müsahibə “siyasi dairələr”də - separatçılar arasında narahatlıq doğurub. Söhbət Levon Mnatsakanyan və Araik Arutyunyandan gedir, açıqlamaya görə, onların AzTV-yə verdikləri müsahibə martın 28-də yayımlanacaq.

Separatçılardan biri nəşrə deyib ki, Araik və Levon müsahibədə Azərbaycana qarşı baş verənlərdə məsuliyyət daşımadıqlarını iddia etmiş, məsuliyyəti Ermənistan rəhbərliyi və ordusunun üzərinə atmış ola bilər. Mənbə hesab edir ki, belə bir etiraf Ermənistanı yeni ittihamlar qarşısında qoyacaq.

“Hraparak” yazır ki, Nikol Paşinyan hökuməti də boş dayanmır, ittiham oxunu separatçılara yönəltmək üçün hazırlıq görür.