Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Ovik Ağazaryan Azərbaycanın tələb etdiyi 4 kəndin ermənilərə məxsus olmadığını etiraf edib.

Teleqraf.com xəbər verir ki, erməni jurnalist ondan “Tavuşun 4 kəndinin təhvil verilməsi”nə münasibət bildirməsini istəyib.

Ağazaryanın jurnalistə cavabı tərs, yəni etiraf xarakterli olub.

“Söhbət erməni kəndlərindən getmir. Tavuşda elə bir kənd yoxdur ki, Azərbaycana verilsin. Tavuşda Sovet Azərbaycanına məxsus yaşayış məntəqələri var, onların nəzarətinə qaytarılmalıdır”, - deyən Ağazaryan əlavə açıqlama vermək istəmədiyini vurğulayıb.

Həmçinin sərhəddə delimitasiyanın aparıldığını sözlərinə əlavə edib.

Söhbət Qazax rayonunun işğal altında olan Bağanıs Ayrım, Xeyrimli, Aşağı Əskipara və Qızılhacılı kəndlərinin qaytarılmasından gedir. Ermənilər bu ərazilərimizi “Tavuşun kəndləri” adlandırırlar.