Qərb dövlətləri Ukrayna ilə bağlı sülh sazişi bağlamaq fürsətini əldən verdilər.
Teleqraf.com xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
"Avropalılar Ukraynadakı müharibəni lokallaşdıra bilmədilər. Müharibə əksinə olaraq daha da genişləndi. Hətta rusların da bunda maraqlı olduğu bir vaxtda sülh sazişinin tezliklə bağlanması üçün lazımi anı əldən verdi. ABŞ-nin iştirakı ilə gec-tez sülh sazişinin əldə olunacağına ümid edirəm", - nazir bildirib.