44 günlük müharibə və ondan əvvəl Ermənistana hər cür yardımı göstərmiş Rusiyaya xəyanət edirik.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Mikael Ambarsumyan deyib.
Onun sözlərinə görə, Ermənistanın anti-Rusiya xətti ilə hərəkəti bu gün proqnozlaşdırılması mümkün olmayan nəticələr verəcək.
Ambarsumyan Rusiyanın İkinci Qarabağ müharibəsində Ermənistanı Azərbaycana qarşı necə dəstəkləməsinə dair bir sıra faktlara da diqqət çəkib:
“44 günlük müharibədə Ermənistan üçün Rusiyadan başqa hərbi-siyasi imkanları ilə bu qədər iş görən ikinci ölkə yoxdur. Bu faktları inkar etmək mümkün deyil.
Müharibə zamanı Rusiya qoşunlarının Zəngəzurda yerləşdirilməsi, Rusiya bayrağının dalğalandığı yeni bazanın yaradılması bizdə o hissi yaratdı ki, yanımızda güclü müttəfiqimiz var. İndi ona qarşı edilənlər xəyanət kimi görünür”.
Rusiyanın müharibənin gedişində Ermənistanı silah-sursatla təmin etməsi də bura daxildir.