KTMT-nin Ermənistanla Azərbaycan arasındakı münaqişədə İrəvanı çətin durumda qoyması ilə bağlı bəyanatlar reallığa uyğun gəlmir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Sitat gətirdiyim bəyanatlardan əlavə, Ermənistan rəsmilərinin 2020-ci ilin sentyabrında Azərbaycanı müharibəyə sövq edənin Rusiya olduğunu bəyan etməsidir. Bu, nankor qiymətləndirmələrdir, çünki bu müharibəni dayandıran Rusiya olub. KTMT-nin Ermənistanı çətin vəziyyətdə qoyması ilə bağlı deyilənlər də həqiqətə uyğun deyil. KTMT İrəvanın sorğusuna cavab olaraq yerində araşdırma aparmaq üçün öz ekspert missiyasını göndərəndə geri qaytardılar, üstəgəl, Ermənistan ərazisində Azərbaycanla sərhəddə müşahidəçilərdən ibarət sülhməramlı missiya yerləşdirməyi təklif edib”, - nazir bildirib.