Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Ermənistan-Azərbaycan əlaqələrinin tənzimlənməsindən keçir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

“Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Antalyada keçirilən Diplomatiya Forumunda bir sıra ümumi ifadələri təkrarlayaraq, İrəvanla Ankaranın yaxın gələcəkdə diplomatik əlaqələr quracağına ümid etdiyini bildirib. O, həmin Rubinyandır ki, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinə rəhbərlik etmişdi və təcili şəkildə Azərbaycan nümayəndə heyətinin bu təşkilatda səs hüququndan məhrum edilməsi təklifini vermişdi.

Rubinyan yaxşı bilir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması İrəvanla Bakı arasında münasibətlərin normallaşmasından keçir. Amma onun özü bu normallaşmanın baş verməməsi üçün hər şeyi edir. Yürütdükləri siyasət necədirsə, siyasətçiləri də elədir”, - ekspert bildirib.