Ermənistanla Azərbaycan arasında istənilən danışıqlar müharibədən daha məqbuldur.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı, sabiq müdafiə naziri Seyran Ohanyan deyib.

“İstənilən danışıqlar hərbi əməliyyatdan daha məqbuldur. 2018-ci ildən sonra danışıqların pozulması 2020-ci ildə müharibəyə səbəb olmuşdu. Bu mənada təmaslar vacibdir”, - deputat bildirib.

Ohanyanı Azərbaycanın danışıqların ikitərəfli formada, vasitəçilərsiz davam etməsində maraqlı olduğunu da söyləyib.

“Azərbaycan öz maraqlarını qorumaq üçün həm Qərb, həm də postsovet platformalarından kifayət qədər ağıllı şəkildə istifadə edir. Maraqlarımıza uyğun olaraq Qərb platformasında dost ölkələr var, amma heç bir ölkənin qismən müşahidə missiyasından başqa yerdə dəstək vermək imkanı yoxdur”, - deputat qeyd edib.