Keçmiş separatçı rejimin başçısı Araik Arutyunyanın “istefa”sı ilə bağlı Ermənistanda araşdırma aparılır.
Teleqraf.com xəbər verir ki, “Joqovurd” separatçı deputatların sorğu-sual üçün Ermənistan İstintaq Komitəsinə dəvət olunduqlarını yazır.
Nəşrin məlumatına görə, Ermənistanın hüquq-mühafizə orqanları separatçı ünsürlərdən Qarabağda baş verən son hadisələr, xüsusən də hazırda Bakıda həbsdə olan Araik Arutyunyanın “istefa”sının səbəblərini soruşurlar. Artıq bu məqsədlə komitədə bir neçə nəfərin dindirildiyi bildirilir.
Müstəntiqlər əsasən Arutyunyana istefa vermək üçün təzyiq edən “deputatlar”dan pərdə arxasında baş verənləri öyrənməyə çalışırlar.
“Joqovurd”a görə, araşdırma nəticəsində keçmiş prezidentlər, Xocalı cəlladları Robert Köçəryan və Serj Sərkisyan yeni ittihamlar qarşısında qala bilər.