“Ermənilər qorxudan Qəzzaya dəstək aksiyası keçirə bilmirlər”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

“Qorxaq xalqların gələcəyi yoxdur. Qəribədir ki, Qəzza xalqı ilə həmrəylik aksiyası keçirməkdən qorxuruq”, - ekspert bildirib.

Ovannisyan İsrailin Azərbaycanla hərbi əməkdaşlıq etdiyini, bu səbəbdən ermənilərin Fələstini dəstəkləməli olduğunu söyləyib. O, Azərbaycan və İsrailin ünvanına absurd ittihamlar da irəli sürüb.