“AŞPA-nın anti-Azərbaycan qətnaməsinin real siyasətlə heç bir əlaqəsi yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.
Onun sözlərinə görə, bu qətnamənin Ermənistan üçün “mənəvi əhəmiyyət”i var, amma praktiki yox.
“Belə bir qətnamənin olacağı ehtimalı vardı, amma bundan heç bir ciddi gözlənti olmamalıdır. Birincisi, Avropa İttifaqı vahid qurum deyil, daxildə çoxsaylı ziddiyyətlər var. Avropa İttifaqı elə də suveren struktur deyil və ABŞ-ın ona böyük təsiri var. Ona görə də həmin bəyanatın altında hansısa fəaliyyət planı axtarmağa, görməyə, gözləməyə ehtiyac yoxdur. Bu, sadəcə olaraq, mənəvi dəstək jestidir”, - ekspert bildirib.
Politoloq Azərbaycana qarşı sanksiya gözləntilərinin əbəs olduğunu söyləyib.