“Rəsmi Bakı hələlik sülh Müqaviləsi üzrə İrəvanın təkliflərinə cavab verməyib”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.

“Göndərdiyimiz sülh sazişinin versiyası ilə bağlı hələ cavab almamışıq”, - ölkə rəsmisi bildirib.

Ovannisyan Ermənistanla Azərbaycan arasında müharibə təhlükəsinin qaldığını iddia edib.

Nazir müavini iki ölkə arasında müharibə təhlükəsi görüb-görmədiyi sualına qısa cavab verib: “Bəli, əlbəttə”.