“Azərbaycan enerji sahəsində Qərbdə etibarlı tərəfdaş hesab olunur”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Tatevik Ayrapetyan deyib.

“Azərbaycan enerji sahəsində Qərbdə etibarlı tərəfdaş hesab olunur. Buna görə də AŞPA-nın ona qarşı qətnaməsi heç bir əhəmiyyət kəsb etməyəcək”, - ekspert bildirib.

Ayrapetyan Qərbin Azərbaycana qarşı praktiki addım atmayacağı, yəni sanksiya tətbiq olunmayacağı qənaətindədir.