Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinin sədri təyin edilmiş Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının deputat mandatı bu gün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən ləğv olunub.
Teleqraf.com xəbər verir ki, M.Qurbanlının deputat mandatının ləğv edilməsi barədə müraciəti MSK-nın bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir. Dövlət orqanında vəzifə tutan Milli Məclis üzvü MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, millət vəkilinin mandatdan məhrum edilməsinə qərar verməlidir.
Onu da bildirək ki, M.Qurbanlı prezident İlham Əliyevin bu ilin iyulunda imzaladığı sərəncamla Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinə sədr təyin edilib. O, deputat fəaliyyətimə son verilməsi ilə bağlı MSK-ya ərizə ilə müraciət edib. MSK Konstitusiyaya uyğun olaraq M.Qurbanlının deputat fəaliyyətimə xitam verilib.
Səxavət