BAKI, 8 iyun. TELEQRAF
Milli komandalar səviyyəsində ən nüfuzlu turnir sayılan Dünya çempionatı tarixinin ən yaxşı oyunları müəyyənləşib.
Teleqraf xəbər verir ki, “The Athletic” nəşri 1930-cu ildən bu yana keçirilən dünya çempionatlarının ən yaddaqalan 10 matçını seçib.
Siyahıda final oyunları üstünlük təşkil edir. İlk “10-luq”da 7 final, 2 yarımfinal və 1 qrup mərhələsi qarşılaşması yer alıb.
2000-ci ildən sonrakı dövrə aid yalnız iki oyun siyahıya daxil edilib. Bunlar 2022-ci ildə Qətərdə keçirilən Argentina – Fransa finalı və 2014-cü ildə Braziliya – Almaniya yarımfinalıdır.
Dünya çempionatı tarixinin ən yaxşı 10 oyunu:
1970 finalı: Braziliya – İtaliya 4:1
1950 finalı: Braziliya – Uruqvay 1:2
2022 finalı: Argentina – Fransa 3:3, penaltilər - 4:2
1986 1/4 finalı: Argentina – İngiltərə 2:1
2014 yarımfinalı: Braziliya – Almaniya 1:7
1958 finalı: İsveç – Braziliya 2:5
1974 finalı: Qərbi Almaniya – Hollandiya 2:1
1930 finalı: Uruqvay – Argentina 4:2
1954 finalı: Qərbi Almaniya – Macarıstan 3:2
1982 qrup mərhələsi: İtaliya – Braziliya 3:2
Qeyd edək ki, Dünya çempionatı ilk dəfə 1930-cu ildə Uruqvayda təşkil olunub. Turnirin son qalibi isə 2022-ci ildə Fransanı penaltilər seriyasında məğlub edən Argentina millisidir.