BAKI, 26 may. TELEQRAF
Türkiyə təmsilçisi “Fənərbağça” İtaliya futbolunun əfsanəsi Paolo Maldini ilə danışıqları davam etdirir.
Teleqraf xəbər verir ki, bu barədə İtaliyanın “La Repubblica” nəşri məlumat yayıb.
İddialara görə, “sarı-lacivərtlilər”in prezidentliyinə namizəd Hakan Safi idman direktoru vəzifəsi üçün Paolo Maldini ilə həm İtaliyada, həm də Türkiyədə bir neçə dəfə görüş keçirib. Bildirilir ki, Safinin prezident seçiləcəyi halda Maldini klubun futbol strukturlarına rəhbərlik edəcək.
Həmçinin, baş məşqçi postuna Stefano Piolinin gətirilməsi planlaşdırılır. İtalyan mütəxəssisin də bu layihəyə müsbət yanaşdığı vurğulanıb.
Qeyd olunub ki, Paolo Maldini və Stefano Pioli 2019–2024-cü illərdə “Milan”da birlikdə çalışıblar. Həmin dövrdə Pioli komandanın baş məşqçisi, Maldini isə klubun texniki rəhbərlərindən biri olub.