BAKI, 26 may. TELEQRAF
Avropanın aparıcı liqalarında 2025/2026 mövsümünün bombardirləri müəyyənləşib.
Teleqraf xəbər verir ki, siyahıya Almaniya “Bavariya”sının hücumçusu Harri Keyn başçılıq edir.
İngiltərə millisinin 32 yaşlı futbolçusu Bundesliqada keçirdiyi 31 matçda 36 qol vuraraq rəqiblərini böyük fərqlə qabaqlayıb. O, ən yaxın izləyicisini 8 top geridə qoyub.
İkinci pillədə Portuqaliya “Sportinq”inin kolumbiyalı hücumçusu Luis Suares qərarlaşıb. O, mövsümü 28 qolla başa vurub. “Mançester Siti”nin norveçli forvardı Erlinq Holann isə 27 qolla üçüncü olub.
İlk “10-luq” belədir:
1. Harri Keyn (“Bavariya”) – 36 qol
2. Luis Suares (“Sportinq”) – 28 qol
3. Erlinq Holann (“Mançester Siti”) – 27 qol
4. Ayase Ueda (“Feyenoord”) – 25 qol
5. Kilian Mbappe (“Real Madrid”) – 25 qol
6. Vedat Muriqi (“Malyorka”) – 23 qol
7. Pol Onuaçu (“Trabzonspor”) – 22 qol
8. Vangelis Pavlidis (“Benfika”) – 22 qol
9. Eldor Şomurodov (“Başakşehir”) – 22 qol
10. İqor Tyaqo (“Brentford”) – 22 qol