BAKI, 15 mart. TELEQRAF
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda gümüş medal qazanıb.
Teleqraf xəbər verir ki, millimiz turnirin finalında Niderland seçməsi ilə qarşılaşıb.
Turnirdə ilk dəfə iştirak edən yığmamız 12:21 hesabı ilə məğlub olaraq yarışı ikinci pillədə başa vurub.
Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə verən Olimpiya Təsnifat turnirində iştirak hüququ qazanıb.