BAKI, 31 dekabr. TELEQRAF

İngiltərə Premyer Liqasının XIX turunda səfərdə “Mançester Yunayted”lə 1:1 hesablı heç-heçə edən “Vulverhempton” tarixi antirekorda imza atıb.

Teleqraf xəbər verir ki, mövsümün əvvəlindən bəri keçirdiyi 19 oyunun heç birində qələbə qazanmayan (3 heç-heçə, 16 məğlubiyyət) “canavarlar”, İngiltərə yüksək liqası tarixində buna bənzər göstərici nümayiş etdirən ikinci komanda olub.

Belə bir hal sonuncu dəfə “Bolton” klubu tərəfindən 1902/1903 mövsümündə qeydə alınmışdı.

Hazırda 3 xalla sonuncu pillədə qərarlaşan “Vulverhempton” bu nəticə ilə həm də 11 oyunluq məğlubiyyət seriyasına son qoyub.