TOVUZ, 13 dekabr. TELEQRAF

“Qarabağ”la oyunu səbirsizliklə gözləyirik. Çünki bu qarşılaşma bizim hansı səviyyədə komanda olduğumuzu göstərəcək”.

Bu sözləri Teleqraf-a müsahibəsində “Sabah”ın özbəkistanlı futbolçusu Umarali Raxmonaliyev deyib.

22 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XV turunda “Turan Tovuz” üzərində 3:1 hesablı qələbə qazandıqları matç, eləcə də vurduğu qol barədə danışıb. Raxmonaliyev liderlik uğrunda mübarizə çərçivəsində növbəti turda baş tutacaq “Qarabağ”la oyun öncəsi hazırlıqlara da toxunub:

“Ona görə də bu oyuna yaxşı hazırlaşırıq. Bu, bizim üçün əlavə stimul yaradır ki, özümüzü ‘Qarabağ’la matçda sınaqdan keçirək. Danışmaqdansa, göstərmək lazımdır. Çalışırıq ki, bunu meydanda göstərək”.

Ətraflı video: