BAKI, 1 dekabr. TELEQRAF
İspaniya "Real Madrid"inin futbolçusu Rodriqo Qois klub tarixinin antirekordunu müəyyənləşdirib.
Teleqraf xəbər verir ki, braziliyalı oyunçu "kral klubu"nun heyətində ardıcıl 30 oyunda qol vura bilməyən ilk hücumçu olub.
Rodriqo sonuncu dəfə bu il martın 3-də UEFA Çempionlar Liqasında "Atletiko Madrid"ə (2:1) qarşı fərqlənib.
Qeyd edək ki, Rodriqo Qois 2019-cu ildən "Real Madrid"də çıxış edir. O, cari mövsüm ərzində iştirak etdiyi 15 oyunda bir məhsuldar ötürmə ilə yadda qalıb.