BAKI, 18 sentyabr. TELEQRAF

FIFA milli komandaların reytinq cədvəlini yeniləyib.

Teleqraf xəbər verir ki, Azərbaycan yığması ötən siyahı ilə müqayisədə 2 pillə geriləyib.

Milli hazırda 1148.09 xalla 124-cü sıradadır.

Siyahıya 1875.37 xalla İspaniya başçılıq edir.

Azərbaycan millisinin 2026-cı il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindən olan Fransa ikinci pilləyə yüksəlib. Digər rəqiblərə gəlincə, Ukrayna 1543.06 xalla 28-ci sıraya düşübsə, 1343.09 xala malik İslandiya 74-cü pillədə qalıb.