BAKI, 20 avqust. TELEQRAF
İtaliya Peşəkar Məşqçilər Assosiasiyası (AICP) İsrail milli komandasının FIFA və UEFA bayraqları altında keçirilən turnirlədən kənarlaşdırılmasını tələb edib.
Teleqraf ANSA nəşrinə istinadən xəbər verir ki, qurum bununla bağlı İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravinaya məktub göndərilib.
Qravinadan Qəzza zolağında yaranmış vəziyyətlə bağlı İsrailin beynəlxalq yarışlarda iştirakını müvəqqəti dayandırmaq üçün UEFA və FIFA-ya sorğu göndərilməsi xahiş olunub.
Qeyd edək ki, İtaliya millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabr və oktyabr aylarında İsrail yığması ilə qarşılaşacaq.