BAKI, 18 avqust. TELEQRAF

“Bizim ilk məqsədimiz yaradıcı olmaq və rəqib qapısına qol vurmaqdır. Qol buraxmasaq daha yaxşı olar. Amma biz hər oyun istəyirik, qol vuraq”.

Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın “Ferentsvaroş” klubu ilə oyundan öncə keçirilən mətbuat konfransında deyib.
53 yaxşı mütəxəssis komandasının hazırlığını yaxşı dəyərləndirib: “Yenidən Budapeştdə olmaq xoşdur. Bu stadionda, çılğın azarkeş kütləsi önündə yaxşı komandaya qarşı çıxış etmək həqiqətən xoşdur. Bizi istəkli komandaya qarşı oyun gözləyir. Rəqib kimi biz də Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaq istəyirik. Sabah səhvsiz oynamağa çalışacağıq. Yaxşı nəticəyə ümid edirik".

Təcrübəti mütəxəssis komandası “Ferentsvaroş”la bir dəfə qarşılaşsa da, sabah fərqli oyun gözlədiyini deyib:
“Nəticə üçün həm burada, həm Bakıda maksimum hücumda olmaq və qol vurmaq üçün çalışacğıq. Ümumən futbol elə oyundur ki, daim dəyişir. Bu, dünya futbolunda da belədir. Tam fərqli “Ferentsvaroş”dur. Fərqi sistem və fərqli futbolçular var”.

Qurbanov “17 ildir “Qarabağ”ın baş məşqçisi olmaq necə hisdir?” sualını belə cavablandırıb: “Sadəcə, məni dəyişmirlər. 17 ildir buradayam. Belə…(gülür-red.).
Təcrübəli mütəxəssis sabahki oyunda əsas məqsədin
“Rəqib baş məşqçinin dediklərini oxudum. Deyir, məqsəd belə oyunlarda qol buraxmamaqdır. Çox yaxşı hücum xətlərinin olduğunu və istənilən an bizə qol vuraca biləcəklərini söyləyir. Bunu arxayınlıqla deyir. Belə turnirlərdə qalib gəlmək istəyirsənsə, ilk olaraq öz qapından qol buraxmağı düşünməlisən. Bu, çox vacibdir. Hətta bu, aksiomadır. Amma yaradıcı olmalıyıq”.
Qurbanov “Ferentsvaroş”da çıxış etmiş Kadi Borgesdən sabiq komandası barədə hər hansı informasiya almadığını deyib: “Ümumən belə halları xoşlamıram. Komandama gələn heç bir futbolçudan o rəqibə qarşı oynayacağıqsa onun fikirlərini öyrənmişik. Qeyri-etik alınır. Çünki o komandaya sadiq olub, əvəzolunmaz üzvü olub. Həm futbolçu, həm də insan olaraq onu belə bir vəziyyətdə qoymaq istəmirəm. Sadəcə məşqçilər korpusu baxıb məkumat toplamışıq”.