BAKI, 4 aprel. TELEQRAF
Çin ABŞ və İsraili Hörmüz boğazında gəmiçiliklə bağlı vəziyyəti gərginləşdirməkdə günahlandırıb.
Teleqraf xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning brifinqdə bildirib.
"Hörmüz boğazında gəmiçilik fəaliyyətinə yaradılan problem ABŞ və İsrailin İrana qarşı qanunsuz hərbi əməliyyatlarından qaynaqlanır. Yalnız atəşkəs Fars körfəzi bölgəsində beynəlxalq dəniz yollarında tam təhlükəsizliyi təmin edə biləcək. Münaqişənin bütün tərəfləri vəziyyəti sabitləşdirmək və regional qeyri-sabitliyin qlobal iqtisadiyyata, enerji təhlükəsizliyinə təsirinin qarşısını almaq üçün birgə səylər göstərməlidirlər" - Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.