BAKI, 4 aprel. TELEQRAF
İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşümüz zamanı Təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı razılığa gəldik.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfəri ilə bağlı sosial media hesabında ifadə edib:
“Təhlükəsizlik sahəsində əməkdaşlıqda yeni addımlar barədə razılığa gəldik. Bu, ilk növbədə, Türkiyəni necə dəstəkləyə biləcəyimizə aiddir. Birgə işləmək üçün fundamental siyasi öhdəlik var və komandalarımız yaxın günlərdə detalları dəqiqləşdirəcəklər. Qaz infrastrukturunun tikintisində birgə layihələrin həyata keçirilməsi üçün praktik addımları, eləcə də qaz yataqlarının birgə işlənməsi imkanlarını müzakirə etdik”.