BAKI, 5 avqust. TELEQRAF

Bu yaxınlarda “Sabah”dan ayrılan Namik Ələskərovun yeni klubu bəlli olub.

Teleqraf-ın əldə etdiyi məlumata görə, 30 yaşlı yarımmüdafiəçi “Zirə” ilə anlaşıb.

Xəbəri "Zirə" klubu da təsdiqləyərək, təcrübəli forvardla 2+1 illik müqavilə bağlandığını açıqlayıb.

Qeyd edək ki, Namik Ələskərov sonuncu dəfə Azərbaycan millisinə 2023-cü ildə çağrılıb. Ələskərov daha əvvəl “Bakı”, “Kəpəz”, “Qarabağ”, “Neftçi” və Türkiyənin “Bursaspor” klublarında çıxış edib.