Siqaret sağlamlığa ziyandı.

Bu zərərli vərdişlərdən qurtulmaq üçün müxtəlif vasitələrə əl atırlar.

Türkiyəli bir xanım isə həyat yoldaşını bu zərərli vərdişdən qurtarmaq üçün maraqlı yola əl atıb. Qadın günə 2 qutu siqaret çəkən ərini xilas etmək üçün, onun başını hər gün xüsusi düzəldilmiş qəfəsə salır. Qəfəsin açarını özündə saxlayır.