Fövqəladə Hallar Nazirliyinin işçisi Xətai Şahverdiyev dünən Bakının Binəqədi rayonundakı yanğında qəhrəmanlıq edib.

O, yanğın zamanı 14-cü mərtəbədən orta yaşlı Bilal adlı bir nəfəri xilas edərək əynindəki döyüş paltarını, əleyhqazı ona verdiyi üçün özü tüstüdən zəhərlənib, qolundan ağır zədələr alıb.

X.Şahverdiyev hazırda xəstəxanadadır.