BAKI, 4 iyul. TELEQRAF

Ermənistan Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini qüvvədə saxlamaq barədə qərar qəbul edib.

Teleqraf Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin məlumatında qeyd olunur.

"Konstitusiya Məhkəməsinin Ermənistandakı seçkilərin nəticələri ilə bağlı qərarı qətidir və dərc edildiyi andan qüvvəyə minir" - məlumatda qeyd olunur.