BAKI, 8 iyun. TELEQRAF
Latviya Prezidenti Edqars Rinkeviçs Nikol Paşinyanı təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə Latviya Prezidenti Edqars Rinkeviçs özünün "X" səhifəsində yazıb.
O, Baş nazir Nikol Paşinyanı seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib və qeyd edib ki, Ermənistan təhdidlərə və qorxutmalara baxmayaraq, öz demokratik yolunu seçib.
Prezident yazıb: "Latviya qətiyyətlə sizin tərəfinizdədir və Ermənistanla Avropa İttifaqı arasında daha sıx münasibətləri dəstəkləyir".