BAKI, 19 may. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyanla mübahisə edən Artur Osipyana qarşı cinayət işi Ermənistan İstintaq Komitəsinin İrəvan üzrə Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verilib.

Teleqraf xəbər verir ki, bu barədə Osipyanın vəkili Roman Yeritsyan məlumat verib.

O həmçinin Osipyanın hələ də vəkilləri ilə görüşə və ya hüquqi yardım ala bilmədiyini vurğulayıb. Yeritsyan əlavə edib ki, müvəkkili polis bölməsində tərtib edilmiş axtarış protokolunu imzalamaqdan imtina edib və protokolda telefonunun yanında olmadığı qeyd olunub.

Yeritsyan bildirib ki, istintaq hərəkətləri ildırım sürəti ilə aparılır və bu da [Osipyanın] həbsi üçün gözlənilən vəsatətdən xəbər verir".

Mayın 18-də Osipyan seçki kampaniyası zamanı Paşinyanla mübahisə edib. Baş nazirin tərəfdarları Osipyana hücum edərək onu vurublar. Mübahisədən sonra Osipyan saxlanılıb.