BAKI, 5 may. TELEQRAF

Bu gün Ermənistanın paytaxtı İrəvanda atışma baş verib, nəticədə bir nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilir ki, saat 13:30 radələrində Daxili İşlər Nazirliyinə Yerevan - Baqratunyats küçəsi, 13 ünvanında atəş açıldığı və bir nəfərin xəsarət aldığı barədə əməliyyat məlumatı daxil olub.

Cinayət axtarışı və polis əməkdaşları gəlməmişdən əvvəl də güllə yarası alan vətəndaş xəstəxanaya aparılıb. Daha sonra məlum olub ki, zərərçəkən huşunu itirmədən ölüb.

Baş verənlər əsasında müstəntiqlər Ermənistan Cinayət Məcəlləsinin "qətl" maddəsi ilə cinayət işi qaldırıblar.

Hadisənin baş vermə şəraiti araşdırılır, mərhumun və atəş açan şəxsin şəxsiyyəti müəyyən edilir, cinayətkarın və cinayət silahının müəyyən edilməsi üçün lazımi tədbirlər görülür.

Hadisə yerində qan izləri, siqaret və digər əşyalar tapılıb. Şahidlər mərhumun təxminən 40 yaşında olduğunu bildiriblər.