BAKI, 16 iyul. TELEQRAF

Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq üçün müraciət edib.

Teleqraf xəbər verir kİ, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 16-da keçirdiyi mətbuat konfransında deyib.

Onun fikrincə, bu, balanslaşdırılmış siyasətin ümumi məntiqinə uyğun gəlir.

O, Ermənistanın hazırda ŞƏT-də müşahidəçi ölkə olduğunu xatırladıb və əlavə edib ki, müşahidəçi institutundan imtinanın mümkünlüyü təşkilatın özündə də müzakirə olunur.