BAKI, 16 iyul. TELEQRAF

Ruhani andını pozan keşişlərə qarşı çıxacağam.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 16-da keçirdiyi mətbuat konfransında deyib.

Nikol Paşinyan bildirib ki, evlənməmə andını pozan keşişlərə qarşı çıxmaq və kilsəni bu hallardan təmizləmək üçün hərəkat elan etməyə hazırlaşır.

"Belə keşişlər kilsəyə zərər vurur və bu məsələ ciddi şəkildə həll olunmalıdır. Bunu 2018-ci ildə Serj Sarkisyana qarşı etdiyimiz kimi, edəcəyik",- qeyd edib.