BAKI, 8 iyul. TELEQRAF

Ermənistan İstintaq Komitəsi genişmiqyaslı cinayət işi çərçivəsində ölkə üzrə 51 müxtəlif ünvanda axtarış tədbirləri həyata keçirdiyini və 11 nəfərə qarşı cinayət təqibinə başladığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.