Ermənistanda Razdan İstilik Elektrik Stansiyasının ərazisindəki tökmə zavodunda baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, daha 5-i yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Partlayış fəaliyyət göstərməyən tökmə zavodunda baş verib.

Hadisənin səbəbləri barədə məlumat verilmir.