Ermənistan Baş naziri Aparatının rəhbəri Araik Arutyunyan nazirlərə Belarusa rəsmi səviyyədə səfərə getməmələri barədə tapşırıq verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Xatırladaq ki, bundan əvvəl Baş nazir Nikol Paşinyan Ermənistanın heç bir rəsmi nümayəndəsinin Belarusa səfər etməyəcəyini açıqlayıb.

“Gedib Belarus prezidenti ilə KTMT formatında oturub məsələni müzakirə edim? Bəyan edirəm ki, Aleksandr Lukaşenko Belarusun prezidenti olduğu müddətdə mən bir daha Belarusa səfər etməyəcəyəm”, - baş nazir bildirib.

Daha sonra Ermənistanın Belarusdakı səfiri XİN-ə, Belarusun Ermənistandakı səfiri də məsləhətləşmələr üçün Minskə çağırılıb. Tərəflər bir-birlərinəq qarşılıqlı nota veriblər. İrəvanın Minskdəki səfiri də geri çağırılıb.