Ermənistan Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanın müşayiəti ilə Azərbaycanla sərhəd bölgəsinə gəlib.

O, burada - Tavuşda Bağanis-Kirants sərhəd hissəsinə baş çəkib.

Paşinyan Azərbaycanla sərhədin delimitasiyası başa çatdıqdan sonra orada dislokasiya olunmuş sərhədçilərin xidmət şəraiti ilə tanış olub.

Paşinyanın burada binoklla Azərbaycan tərəfə baxması da diqqətdən yayınmayıb.