Sərhədlərin delimitasiya və demarkasiyası prosesi sülhün bərqərar olması üçün aparılır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Əminik ki, bu, sabitlik gətirəcək. Bu, başlanğıcda mümkün eskalasiya prosesi idi, amma sonra diplomatik həll yolu ilə əvəz olundu. İnanırıq ki, diplomatik həll və davamlı iş Ermənistana sabitlik, bölgəyə sülh gətirəcək”, - ölkə rəsmisi bildirib.