Ermənistanın hakim partiyasının deputatı Hasmik Akopyan revanşist keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi etiraz aksiyalarının iştirakçılarını aşağılayıb.
Teleqraf.com xəbər verir ki, deputat revanşistləri “zibil yığını” adlandırdıb.
“Hörmətli etirazçılar, küçələri zibil qutuları ilə bağlamaqdansa, özünüzü zibil qutularına atıb zibil maşınını gözləyin. Sizin yeriniz zibillikdir”, - Akopyan bildirib.