“10 noyabr anlaşması ilə Azərbaycana təslim olan Paşinyan Qarabağın statusu məsələsini təhlükə qarşısında qoydu”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Prezidenti Serj Sərkisyan deyib.

Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyan gizli şəkildə imzaladığı 10 noyabr təslim aktı ilə Ermənistanı və Qarabağdakı separatçıları çıxılmaz duruma salıb.

Sərkisyan Paşinyanı Ermənistan ordusuna sarsıdıcı zərbə vurmaqda ittiham edib.

Onun sözlərinə görə, yaxın vaxtlara qədər “Qarabağın statusu” ilə bağlı danışıqlar gedib. O, indi bunu “yaxın keçmişin kədərli təcrübəsi” adlandırıb.