COVID-19 epidemiyasının yaratdığı iqtisadi böhran vergi gəlirlərinə mənfi təsir göstərib.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Mərkəzi Bankının rəhbəri Martın Qalstyan deyib.

Bankir bildirib ki, 2020-ci ildə Ermənistanda vergi gəlirləri 5,4 faiz azalıb, dövlət büdcəsinin xərcləri isə 16,3 faiz artıb.

Qalstyan əlavə edib ki, 2020-ci ildə dövlət büdcəsinin kəsiri ÜDM nisbətən 5,4 faizə yüksəlib. Dövlət borcu ÜDM nisbətdə 13,5 faiz artaraq 63,5 faizə çatıb.