BAKI, 17 aprel. TELEQRAF
Bu gün saat 10:00-dan etibarən Sabunçu və Qaradağ rayonlarında bəzi ərazilərin qaz təchizatında fasilə olacaq.
Bu barədə Teleqraf-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, buna səbəb qaz xətləri üzərində aparılacaq təmir-quraşdırma işləridir.