BAKI, 13 aprel. TELEQRAF
2026-ci ilin martında Azərbaycanın gündəlik neft hasilatı orta hesabla 457 min barel olub.
Teleqraf Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir ki, fevral ilə müqayisədə hasilatın həcmində min barel azalma olub.
Məlumata görə, 2026-cı ilin birinci rübündə gündəlik neft hasilatı orta hesabla 457 min barel olub. Belə ki, yanvar ayında hasilat 455 min, fevralda isə 458 min barel təşkil edib.
Qeyd edək ki, Azərbaycanın OPEC+ (OPEC və bəzi qeyri-OPEC neft istehsalçılarından ibarət alyans) çərçivəsində hazırkı xam neft hasilat kvotası gündə 551 min bareldir. Azərbaycan ötən ay OPEC+ çərçivəsində kvotadan 94 min barel geridə qalıb.