BAKI, 13 aprel. TELEQRAF
2026-cı ilin yanvar-mart aylarında ölkədə 12,6 milyard kubmetr təbii qaz hasil edilib.
Energetika Nazirliyindən Teleqraf-a verilən məlumata görə, hasil edilmiş qazın 3,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 6,9 milyard kubmetri “Şahdəniz”in, 0,4 milyard kubmetri “Abşeron” yatağının, 1,8 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
Bu dövrdə xaricə qaz ixracı 6,5 milyard kubmetr təşkil edib. Bunun 3 milyard kubmetri Avropanın, 2,4 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 1,5 milyard kubmetr), 0,8 milyard kubmetri Gürcüstanın, 0,3 milyard kubmetri isə Suriyayanın payına düşüb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 aprel 2026-cı il tarixinədək 675 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 519 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 621,7 milyon ton neft, 247,4 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 53,3 milyon tona yaxın kondensat, 271,6 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə 673 milyon ton neft, 196,5 milyard kubmetr qaz ixraca nəql edilib.