BAKI, 13 aprel. TELEQRAF

2026-cı ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, respublikada 6,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən Teleqraf-a verilən məlumata görə, hasilatın 3,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,9 milyon tonu “Şahdəniz”in, 0,1 milyon tonu “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,7 milyon ton təşkil edib.

Bu dövrdə 5,2 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun 4,8 milyon tonu konsorsiumların, 0,3 milyon tonu SOCAR-ın, 0,1 milyon tonu isə JOCAP-ın payına düşüb.

Qeyd edək ki, bu ilin 1-ci rübündə xam neft hasilatı orta hesabla gündəlik 61 min ton (450 min barrel), kondensat hasilatı 13 min ton (105 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 74 min ton (555 min barrel) olub.

Hesabat dövründə neftin emalı 1,4 milyon ton təşkil edib.