BAKI, 8 oktyabr. TELEQRAF

ABŞ-nin Energetika İnformasiyası Administrasiyası (EİA) 2025-2026-ci illər üçün Azərbaycanda orta hesabla gündəlik neft və digər maye yanacaqların hasilatı üzrə proqnozunu açıqlayıb.

Teleqraf xəbər verir ki, agentlik 2025-ci il üzrə gündəlik hasilatın 570 min, 2026-cı ildə isə 540 min barel olacağını proqnozlaşdırıb. Bu göstərici agentliyin əvvəlki ay üzrə proqnozu ilə dəyişməz qalıb.

Agentliyin neft və digər maye yanacaqların hasilatı üzrə proqnozu cari ilin üçüncü və dördüncü rübü üçün isə 560 min barel olub.

EİA Azərbaycanda 2026-cı ilin birinci rübündə gündəlik 550 min, ikinci rübündə 540 min, üçüncü və dördüncü rübündə isə 530 min barel neft və digər maye yanacaqların hasil olacağını ehtimal edib.

Qeyd edək ki, agentlik 2024-cü ildə neft və digər maye yanacaqların hasilatının gündəlik 600 min barel səviyyəsində olduğunu qeyd edib.